Psixoloqların diaqnostik qiymətləndirilməsinin vaxtı açıqlanıb


Digərləri 11 Dek 2019 18:17:00 127 0

Psixoloqların diaqnostik qiymətləndirilməsinin vaxtı açıqlanıb

Dekabrın 24-dən 28-dək dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanı keçiriləcək.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq.

Elektron ərizələrin yoxlanılması prosesi başa çatdıqdan sonra diaqnostik qiymətləndirmədə iştirakla bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.