Dəniz sahilində tank əleyhinə mina aşkarlanıb (FOTO)


Digərləri 11 Dek 2019 18:32:00 163 0

Dəniz sahilində tank əleyhinə mina aşkarlanıb (FOTO)

Minanın ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bakı. Lənkəranda 1 ədəd tank əleyhinə TM-62M minası aşkarlanıb. Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Bu gün saat 09:57-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Lənkəran rayonu, Liman qəsəbəsi ərazisində minanın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.