UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb (FOTO)


Digərləri 11 Dek 2019 18:20:00 148 0

UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb (FOTO)

UNEC tələbələrinin ifasında Türkiyənin paytaxtı Ankarada “Nəsimi” tamaşası nümayiş etdirilib.

Bakı. Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə UNEC tələbələrinin ifasında Türkiyənin paytaxtı Ankarada “Nəsimi” tamaşası nümayiş etdirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə UNEC-in Tədbirlər Planına əsasən təşkil olunub. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin dəstəyi və UNEC-in təşəbbüsü ilə təşkil olunan tamaşada ölkəmizin Türkiyədəki səfiri, rəsmi şəxslər, qardaş ölkənin paytaxtında yaşayan və fəaliyyət göstərən soydaşlarımız, eləcə də nəsimisevərlər iştirak ediblər. Tamaşa Ankaranın Keçiörən rayon bələdiyyəsinin Neşet Ertaş Sənət və Nümayiş Mərkəzində nümayiş etdirilib. UNEC Yaradıcılıq Mərkəzinin “UNEC Tələbə Teatrı” tərəfindən təqdim olunan tamaşada Şərqin böyük ədibi və filosofunun həyat və yaradıcılığı tələbələrin ifasında canlandırılıb. Tələbələrin yüksək peşəkarlıqla ifa etdikləri tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.