"Boeing"in tədarükü 2 dəfə azalıb


İqtisadiyyat 11 Dek 2019 18:15:14 124 0

"Boeing"in tədarükü 2 dəfə azalıb

Bu ilin yanvar-noyabr aylarında ABŞ-ın təyyarə istehsalçısı "Boeing" korporasiyası müştərilərinə 345 təyyarə çatdırıb

Bu ilin yanvar-noyabr aylarındaABŞ-ın təyyarə istehsalçısı "Boeing" korporasiyası müştərilərinə 345 təyyarə çatdırıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51% və yaxud təxminən 2 dəfə az, onun Avropadan olan rəqibi "Airbus" şirkətinin təyyarə tədarükünün isə yarısı qədərdir.

Xatırladaq ki, "Boeing"in "737 Max" tipli təyyarələrində yaşanan qəzalardan sonra ABŞ-ın Federal Aviasiya Administrasiyası analoji təyyarələrin uçuş icazəsini ləğv edib.