Səməd Seyidov AŞPA Komitəsinin Azərbaycanla bağlı qəbul etdiyi hesabata münasibət bildirib


Siyasət 11 Dek 2019 18:02:04 159 0

Səməd Seyidov AŞPA Komitəsinin Azərbaycanla bağlı qəbul etdiyi hesabata münasibət bildirib

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun&Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin iclasında&Azərbaycanla bağlı&qəbul olunmuş hesabata münasibət bildirib.&

© Report

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumunHüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin iclasındaAzərbaycanla bağlıqəbul olunmuş hesabata münasibət bildirib.

Milli Məclisin deputatı "Report"un Fransa bürosuna açıqlamasında deyib ki,Sunna Torhildur EvarsdottirinAzərbaycanla bağlıhazırladığı məruzə başqa hesabatlardan fərqli olaraq hüquqi nöqteyi nəzərdən peşəkar şəkildəyazılmışdı: "Bu cüryanaşma bizim üçün dahaqəbulolunandır. Başqaları siyasi manipulyasiyalar etməyə çalışır, müxtəlif siyahılar təqdim edir, müxtəlif adamların adlarını çəkirdilər. Ancaq burada heç kimin adı yoxdur, konkret olaraq Avropa Məhkəməsinin qərarlarının Azərbaycanda həlli və həyata keçirilməsindən söhbət gedir. Biz də öz tərəfimizdən qarşı tərəfləəməkdaşlıq etməyə hazırıq".

Xatırladaq ki,dekabrın 13-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclasları keçirilir. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakınümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev iştirak edirlər.