Azərbaycan və Rusiya arasında dəmir yolu ilə yükdaşımaların həcmi 31% artıb


İqtisadiyyat 11 Dek 2019 18:04:35 110 0

Azərbaycan və Rusiya arasında dəmir yolu ilə yükdaşımaların həcmi 31% artıb

Azərbaycan və Rusiya arasında yükdaşımaların həcmi 31% artıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Rusiya Dəmir Yolları” ASC-nin İdarə Heyətinin yekun iclasında çıxış edib.

Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları”ndanbildirilib.

Məlumata görə, sədrbildirib ki, “Rusiya Dəmir Yolları” dünyada dəmir yolları şirkətlərinin ilk 3-lüyünə daxildir. Şərqlə Qərbi birləşdirən, ən uzun və tamamilə elektrikləşdirilmiş 9200 kilometrlik Transsibir magistralı bunun əyani göstəricisidir.

C.Qurbanov qeyd edib ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu yaxınlarda 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumunun keçirilməsi, Azərbaycanın Birincı vitse-prezidenti Mehriban Əliyevanın bu mötəbər tədbirdə iştirakı, Rusiya Prezidenti Vladimir Putin tərəfindən ona “Dostluq” ordeninin təqdim edilməsi bunun bariz nümunəsidir.

Ölkələrimiz arasında nəqliyyat, o cümlədən dəmir yolu sahəsində geniş əməkdaşlıq əlaqələri mövcuddur. Rusiya və Azərbaycan dəmir yolları beynəlxalq qurumlar çərçivəsində, o cümlədən Dəmir Yolları Əməkdaşlıq Təşkilatında ikitərəfli və çoxtərəfli formatlarda, eləcə də bir neçə tranzit nəqliyyat dəhlizinin genişləndirilməsində birgə fəaliyyət göstərir.

Hər iki ölkə dəmiryolçularının Yalama-Samur sərhəd-keçid məntəqəsindəki əlaqələndirilmiş işi nəticəsində yük daşımalarında müsbət dinamika müşahidə olunur. Bu ilin yanvar-oktyabr aylarında yükdaşımaların həcmi 1,4 milyon tona yüksəlib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin dəmir yolları mütəxəssisləri uğurlu əməkdaşlıq edirlər.

C.Qurbanov həmçinin Transsibir magistralının potensialı ilə BTQ-nin “Şərq-Qərb” formatındakı imkanları arasında sinergiya layihəsi haqqında danışıb, bu layihə ilə bağlı hər iki ölkənin dövlət başçılarından tövsiyələr alındığını bildirib. Onun sözlərinə görə, tərəflərin birgə fəaliyyəti hər iki ölkənin dəmir yollarında tranzit daşımalarının ciddi artımına, nəqliyyat və logistika infranstrukturundan səmərəli istifadəyə səbəb olacaq.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək