Azərbaycan və Rusiya arasında yükdaşımaların həcmi 31 faiz artıb


Digərləri 11 Dek 2019 18:07:00 121 0

Azərbaycan və Rusiya arasında yükdaşımaların həcmi 31 faiz artıb

Bu ilin yanvar-oktyabr aylarında yükdaşımaların həcmi 1,4 milyon tona yüksəlib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Rusiya Dəmir Yolları" ASC-nin İdarə Heyətinin yekun iclasında çıxışı zamanı bildirib.

O bildirib ki, "Rusiya Dəmir Yolları" ASC dəmir yolları şirkətlərinin dünya üçlüyünə daxildir. Şərqlə Qərbi birləşdirən, ən uzun və tamamilə elektrikləşdirilmiş 9200 kilometrlik Transsibir magistralı bunun əyani göstəricisidir:

C.Qurbanov qeyd edib ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu yaxınlarda 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumunun keçirilməsi, Azərbaycanın Birincı vitse-prezidenti Mehriban Əliyevanın bu mötəbər tədbirdə iştirakı, Rusiya Prezidenti Vladimir Putin tərəfindən ona "Dostluq" ordeninin təqdim edilməsi bunun bariz nümunəsidir:

"Ölkələrimiz arasında nəqliyyat, o cümlədən dəmir yolu sahəsində geniş əməkdaşlıq əlaqələri mövcuddur. Rusiya və Azərbaycan dəmir yolları beynəlxalq qurumlar çərçivəsində, o cümlədən Dəmir Yolları Əməkdaşlıq Təşkilatında ikitərəfli və çoxtərəfli formatlarda, eləcə də bir neçə tranzit nəqliyyat dəhlizinin genişləndirilməsində birgə fəaliyyət göstərir.