Bakıda 20 min manat oğurlamaqda şübhəli bilinən şəxs


Kriminal 11 Dek 2019 17:59:00 137 0

Bakıda 20 min manat oğurlamaqda şübhəli bilinən şəxs

20 min manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evlərin birindən 20.000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Heydərov həbs edilib.

Araşdırmalar nəticəsində əvvəllər məhkum olunmuş daha bir nəfərin də şəxsiyyəti müəyyən edilib.