Ermənistanın Baş Prokurorluğu Serj Sarqsyanın vəsadətini rədd edib


Dünya 11 Dek 2019 17:44:28 176 0

Ermənistanın Baş Prokurorluğu Serj Sarqsyanın vəsadətini rədd edib

Ermənistanın baş prokurorluğu keçmiş prezdenti Serj Sarqsyanın toxunulmazlığı ilə bağlı vəkillərinin vəsadətini təmin etməyib.

Ermənistanın Baş Prokurorluğu keçmiş prezdent Serj Sarqsyana qarşı açılan cinayət işinin dayandırılmasıilə bağlı vəsadəti təmin etməyib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, vəkilləri S.Sarqsyanıntoxunulmazlığını əsas gətirərəksabiq dövlət başçısı barəsindəcinayət işinin dayandırılmasına dair Baş Prokurorluq qarşısında vəsadət qaldırıblar.

Vəkillər S.Sarqsyanın toxunulmazlıq huququndançıxış edərək Xüsusi İstintaq Xidmətinin ittihamlarının hüquqi qüvvəsi olmadığını, toxulmazlıq prinsipinin ona şamil olunduğunu bildiriblər.

Baş Prokurorluq vəsadəti təmin etməyib. Keçmiş prezidentə qarşı irəli sürülən ittihamlar qüvvədə saxlanılıb.

Bildirilib ki,Kasasiya Məhkəməsinin 2018-ci il noyabrın 15-də qəbul etdiyiqərara əsasən, S.Sarqsyan prezident olduğu dövrdə öz şəxsi maraqlarından çıxış edib. Ona görə də S.Sarqsyanın prezident kimi toxunulmazlıq hüququ yoxdur.

Qeyd edək ki, S.Sarqsyan dövlət büdcəsindən bir milyon dollar maliyyə vəsaitinin mənimsəməkdə şübhəli bilinərək ona qarşı cinayət işi başlayıb.