Polis 39 yaşlı kişini borca görə bıçaqlayıb


Kriminal 11 Dek 2019 17:14:00 140 0

Polis 39 yaşlı kişini borca görə bıçaqlayıb

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini Muradov Fehruz Novruz oğlu həmyerlisi Allahverdiyev Nicat Vidadi oğlunu bıçaqlayıb. O, N.Allahverdiyevə 8 bıçaq zərbəsi endirib.

Yaralı ağır vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan N.Allahverdiyevin vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törətdiyi deyilən F.Muradov Bərdə rayon Polis Şöbəsinin əməkdaşı olub və bir müddət əvvəl vəzifəsindən azad olunub.

İlkin istintaqla 1994-cü il təvəllüdlü Fehruz Əhmədovun şəxsi münasibət zəminində borc üstündə aralarında yaranmış mübahisə zamanı N.Allahverdiyevi bıçaqla vuraraq qəsdən adam öldürməyə cəhd etməsinə şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi başlanılıb.