Bakıda gənc oğlan sevgilisi ilə öpüşən şəxsi öldürüb “Mənim anam, bacım..”


Kriminal 11 Dek 2019 17:34:00 203 0

Bakıda gənc oğlan sevgilisi ilə öpüşən şəxsi öldürüb  “Mənim anam, bacım..”

Bakıda sevgilisi ilə öpüşən oğlanı qətlə yetirən şəxs yenidən Ali məhkəməyə müraciət edib.

Son.az bildirir ki, news24.az-ın məlumatına görə, bir neçə ay əvvəl Ali Məhkəməyə müraciət etsə də, sonradan şikayətini geri çəkən Kamran Həsənzadə dekabr ayında ikinci dəfə kassasiya şikayəti verib.

O, ittiham edildiyi Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni, xuliqanlıq niyyətilə adamöldürmə maddəsi üzrə işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. İşə haki Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Kamran Həsənzadə 29 iyun 2015-cı il tarixdə, gecə saat 04.25-də tanışları Sultan Sultanlı və Ərəhman Məmmədov ilə yaşadığı Nərimanov rayonu, Heydər Əliyev küçəsi, 54 saylı binanın həyətinə gəlib. Onlar binanın 2-ci girişinin qarşısında dayanaraq söhbət ediblər. Bu zaman həmin girişin ikinci mərtəbəsində yaşayan qadının mənzilinə Nazim Ələkbərli sevgilisi Aytəni ötürüb.

Həmin zaman Nazim Ələkbərli blokda Aytəni qucaqlayaq öpüb. Sonra oradan ayrılan Nazim Ələkbərli binanın həyətinə çıxaraq evlərinə getmək istəyib.Həmin vaxt Kamran Həsənzadə Nazim Ələkbərlinin yanına çağırıb və ona etdiyi hərəkətə görə iradını bildirib. O, bu həyətdə yaşadığını deyib.

Nazim Ələkbərliyə iradını bildirən Kamran Həsənzadə ona gələcəkdə belə hərəkətlərə yol verməməsini tapşırıb. Ona deyib ki, bu binada anası və bacısı yaşayır.