MSK sədrinin müavini: “Seçki bülletenləri dekabrın 16-dək DSK-lara paylanılacaq"


Siyasət 11 Dek 2019 16:40:35 133 0

MSK sədrinin müavini: “Seçki bülletenləri dekabrın 16-dək DSK-lara paylanılacaq"

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq 5 020 280 seçki büllteninin böyük əksəriyyəti çap edilib.

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq 5 020 280 seçki büllteninin böyük əksəriyyəti çap edilib.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, dekabrın 16-dək bu prosesə yekun vurulması nəzərdə tutulub:

“Bununla da bütün dairə seçki komissiyalarının hər biri bülletenlərlə təmin olunacaq”.