SOCAR və BP rəhbərliyi Cənub Qaz Dəhlizi çərçivəsində qazın nəqli və satışı perspektivlərini müzakirə edib


İqtisadiyyat 11 Dek 2019 16:21:02 126 0

SOCAR və  BP rəhbərliyi Cənub Qaz Dəhlizi çərçivəsində qazın nəqli və satışı perspektivlərini müzakirə edib

​SOCAR-da BP qrupunun baş icraçı direktoru ilə görüş keçirilib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev BP qrupunun baş icraçı direktoru Robert Dadlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Bildirilir ki, görüşdə SOCAR-BP əməkdaşlığının perspektivləri, xüsusən “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın stabilləşdirilməsi, təbii düşmə tempinin mümkün dərəcədə qarşısının alınması məsələləri müzakirə olunub. Həmçinin yaxın müddətdə “Şəfəq-Asiman” perspektiv strukturunda kəşfiyyat qazmasının başlanılması ilə yanaşı, Azərbaycanda müxtəlif yataqların işlənməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Görüşdə beynəlxalq bazarlarda SOCAR və BP-nin birgə əməliyyatları, Cənub Qaz Dəhlizi çərçivəsində qazın nəqli və satışı perspektivləri, dünya neft-qaz bazarının hazırkı vəziyyəti, müşahidə olunan trendlər də müzakirə edilib.

Sonda Rövnəq Abdullayev BP qrupunun təqaüdə çıxmağa hazırlaşan baş icraçı direktoru Robert Dadliyə SOCAR-ın xatirə hədiyyələrini təqdim edib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək