Azərbaycanda səneya istehsalı 1,4% artıb


İqtisadiyyat 11 Dek 2019 16:29:46 122 0

Azərbaycanda səneya istehsalı 1,4% artıb

Azərbaycanda səneya istehsalı 1,4% artıb

Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar bu ilin yanvar-noyabr aylarında 42,2 milyard manatlıq və yaxud ötənilin eyni dövrü ilə müqayisədə 1,4% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 13,9% artıbdır.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadfən xəbər verir.

Məlumata görə, sənaye məhsulunun 70,0 %-i mədənçıxarma sektorunda, 25,1%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 3,4 % azalıb, əmtəəlik qaz hasilatı isə 27,1 % artıb.

Emal sektorunda hazır metal məmulatlarının istehsalı 82,4 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 80,6 %, tütün məmulatlarının istehsalı 55,7 %, içkilərin istehsalı 40,0 %, poliqrafiya məhsullarının istehsalı 39,9 %, kompüter, elektron və optik məhsulların istehsalı 37,7 %, toxuculuq sənayesi məhsullarının istehsalı 36,2 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,9 %, mebel istehsalı 29,5 %, kimya sənayesi məhsullarının istehsalı 27,3 %, əczaçılıq məhsullarının istehsalı 24,7 %, kağız və karton istehsalı 23,4 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,1 %, geyim istehsalı 11,5 %, qida məhsullarının istehsalı 10,4 %, maşın və avadanlıqların istehsalı 5,2 %, tikinti materiallarının istehsalı 4,4 %, elektrik avadanlıqlarının istehsalı 1,3 % artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,3 %, neft məhsullarının istehsalı 3,7 %, sair nəqliyyat vasitələrinin istehsalı 10,0 %, metallurgiya sənayesi məhsullarının istehsalı 11,7 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 24,3 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,9 % artıb.