Bu partiyalar növbədənkənar parlament seçkilərində iştirak edəcək


Siyasət 11 Dek 2019 16:21:00 117 0

Bu partiyalar növbədənkənar parlament seçkilərində iştirak edəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bir sıra siyasi partiyaların müraciətinə baxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, MSK-nın iclasında Yeni Azərbaycan Partiyası, Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətə baxılıb.

Müzakirələrdən sonra müraciətlər səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri gələn il fevralın 9-da keçiriləcək.