Müğənni Murad Sadıxın konserti unudulmaz anlarla yadda qaldı


Kriminal 11 Dek 2019 16:09:00 152 0

Müğənni Murad Sadıxın konserti unudulmaz anlarla yadda qaldı

Beynəlxalq Muğam Mərkəzində müğənni Murad Sadıxın konserti unudulmaz anlarla yadda qalıb.

Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində müğənni Murad Sadıxın " Qəlbimin nəğmələri" adlı konserti keçirildi. Tədbirdə müğənni ilə bərabər səhnə dostları, Muğam Televiziya Müsabiqəsinin qalibi Pərviz Qasımov, pianoçu-bəstəkar Sevda Məmmədli, Milli Konservatoriyanın Xalq Çalğı alətləri orkestri, Cavad Tağızadə və BMA-nın Kamera orkestri, beynəlxalq müsabiqələr laureati, Prezident təqaüdçüsü Vüsalə Babayeva konsert boyu birgə səhnəni bölüşüblər.

Konsertlə bağlı təəssüratlarını bölüşən ifaçı bildirdi ki, bu gün mənim üçün çox məsuliyyətli və əlamətdar gündür. Zalda çoxsaylı tamaşaçılarımı görməkdən məmnunam. Bir-birindən maraqlı ifalarla zəngin gecədə musiqinin müxtəlif janrlarını əhatə edən mahnılar səsləndi. Proqrama xalq mahnıları, estrada və klassik əsərlər daxil edilmişdi. Müğənnini Əməkdar artist Malik Mənsurovun rəhbərliyi ilə "Naz-nazı" xalq çalğı alətləri ansamblı müşayiət edirdi. Həmçinin Cavid Tağızadənin rəhbərliyi ilə BMA-nın Kamera orkestri ilə birgə çıxış edən ifaçı Müslüm Maqomayevin repertuarından əsərlər də səsləndirib.

Repertuarında olan gözəl mahnıları təqdim edən ifaçının sənət dostları ilə birgə çıxışları böyük alqışlarla qarşılandı.  Konsertin sonunda Murad Sadıx təşkilatçılara öz dərin təşəkkürünü bildirib.