Nailə İslamzadə millət vəkili olmaq istəyir?


Şou-biznes 11 Dek 2019 15:19:00 408 0

Nailə İslamzadə millət vəkili olmaq istəyir?

"Hələ ki, bu haqda düşünməmişəm. Bəlkə də gələcəkdə millət vəkilliyinə namizədliyimi verəcəm".

Son.az bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında tanınmış diktor Nailə İslamzadə deyib.

"Necə bir millət vəkili olarsınız?" sualına Nailə İslamzadə deyib ki, hər kəsin keçmişi onun gələcəyidir: "Bu yaşa qədər əlimizdən gələni etməyə çalışmışıq. Fəaliyyəti insanı xarakterizə edir. Tamaşaçılar və ətrafdakı insanlar hər kəsi gözəl tanıyırlar".

Baxımlı olmasından danışan diktor bildirib ki, hər bir qadın baxımlı olmağa çalışmalıdır: "Həmişə demişəm ki, kosmetologiyanın bütünü imkanlarından hər zaman istifadə etmək lazım deyil".