Azərbaycanlı tanınmış efirdə olanda bacısı öldü


Şou-biznes 11 Dek 2019 15:09:00 141 0

Azərbaycanlı tanınmış efirdə olanda bacısı öldü

Aşıq Ulduz Sönməz bacısını itirib.

Son.az axşam.az-a istinadən bildirir ki, o, bu haqda "Şou ATV" verilişində deyib. İfaçı bildirib ki, sonuncu dəfə Nanə Ağamalıyevanın proqramına gələndə bacısı dünyasını dəyişibmiş.

"Yadınızdadırsa efirdə ağladım. Həmin an bacım rəhmətə gedibmiş. Bizim də telefonumuz bağlı, xəbərimiz yox. Proqramdan sonra oğlum dedi ki, Ülkər xalam öldü. Xəstə də deyildi, qəfil oldu".