BPnin hazırkı və gələcək rəhbərləri Azərbaycanda səfərdədirlər


Digərləri 11 Dek 2019 13:51:00 88 0

BPnin hazırkı və gələcək rəhbərləri Azərbaycanda səfərdədirlər

BP qrupunun baş icraçı direktoru Bob Dadli və onu gələn il bu vəzifədə əvəz edəcək Bernard Luni Azərbaycana işgüzar səfər ediblər.

BP Azərbaycan şirkətindən Trend-ə verilən məlumata görə, Dadli və Luni dünən Bakıya gəliblər.

Hazırda BP qrupunun Apstrim bölümünə rəhbərlik edən Bernard Luni, Dadlini BP qrupunun baş icraçı direktoru vəzifəsində 2020-ci il 5 fevral tarixindən başlayaraq əvəz edəcək və həmin tarixdən də BP-nin Direktorlar Şurasının üzvü olacaq.