Bakıda məktəbdə yanğın olub


Digərləri 11 Dek 2019 14:34:00 165 0

Bakıda məktəbdə yanğın olub

Paytaxtın Nəsimi rayonunun 151 nömrəli tam orta məktəbdə yanğın baş verib.

Son.az xəbər verir ki, 151 nömrəli tam orta məktəbdən bizimyol.info-ya verilmiş məlumatda qeyd olunur ki, yanğına səbəb elektrik şitində qısaqapanma olub.

Məktəbin işçiləri tərəfindən operativ şəkildə qabaqlayıcı tədbirlər görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunub. Müvafiq mütəxəssislər tərəfindən məktəbə baxış keçirilərək problemin aradan qaldırılması istiqamətində işlərin icrasına başlanılıb.