Bugenvil müstəqil dövlət olmaq istəyir


Dünya 11 Dek 2019 14:12:52 108 0

Bugenvil müstəqil dövlət olmaq istəyir

Bugenvil müstəqil dövlət olmaq istəyir

Papua Yeni Qvineyaya (PYQ) məxsus olan və bir neçə adada yerləşən Bugenvil Muxtar bölgəsində keçirilən və hər hansı hüquqi əhəmiyyət daşımayan referendum zamanı sakinlər bölgənin müstəqilliyinə tərəfdar çıxıblar.

“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, səsvermədə iştirak edən 181.076 sakindən cəmi 3043 nəfəri daha geniş muxtariyyat verilməsi şərti ilə PNG tərkibində qalmağa üstünlük verib. Bu barədə Bugenvil Referendum Komissiyasının sədri Berti Ahern açıqlama verib.

Referendumun nəticələri PYQ parlamenti tərəfindən təsdiqlənməlidir ki, bunun da ehtimalı çox görünmür.

Bu il noyabrın 23-dən keçirilən bu səsvermə Panquna adasındakı kömür mədəni ətrafındakı mübahisə üzündən bölgədə yerli tayfalar ilə PYQ hərbi qüvvələri arasında 10 il davam edən və 1998-ci ildə başa çatmış, 20 minədək insanın, yəni əhalinin 10 faizinin həyatı bahasına gəlmiş müharibənin yekunu olan 2001-ci il sülh müqaviləsinin mühüm şərtidir.

Həmçinin əksəriyyəti melanesiyalı olan yerli əhali dil baxımdan da PYQ-dən fərqlidir.