“VAZ" piyadanı vurub öldürdü - Maştağada


Digərləri 11 Dek 2019 13:53:00 147 0

“VAZ" piyadanı vurub öldürdü - Maştağada

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobillə piyada vurulub

Bakı. Dekabrın 10-da saat 21 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində ağır avtomobil qəzası baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qəsəbə sakini A.Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Həlimə Musayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.