Jurnalistin sualından qaçan Baş nazir soyuducu otağında gizləndi


Digərləri 11 Dek 2019 13:45:00 117 0

Jurnalistin sualından qaçan Baş nazir soyuducu otağında gizləndi

Böyük Britaniyanın Baş naziri Boris Conson jurnalistin sualına cavab vermək əvəzinə soyuducu otağında gizlənib

Bakı. Böyük Britaniyanın Baş naziri Boris Conson jurnalistin sualına cavab vermək əvəzinə soyuducuda gizlənib. Trend-in məlumatına görə, ölkədə dekabrın 12-də baş tutacaq parlament seçkiləri ərəfəsində süd müəssisəsinə baş çəkən Baş nazir jurnalistlərlə görüşüb. Müxbirlərdən birinin sualına cavab verməkdə çətinlik B.Conson “mən bir saniyəyə qayıdıram” deyərək köməkçilərinin müşayiəti ilə soyuducuya girib.