Azərbaycanlı dizayner dünya şöhrətli müğənni üçün geyimlər tikir


Şou-biznes 11 Dek 2019 13:34:00 157 0

Azərbaycanlı dizayner dünya şöhrətli müğənni üçün geyimlər tikir

Dünya şöhrətli dizayner Rüfət İsmayıl AzTV-də yayımlanan "1-AzTV" şou proqramında qonaq olarkən verdiyi açıqlamalar ilə diqqətləri öz üzərinə cəmləyib.

Son.az ölkə.az-a istinadən bildirir ki, verilişin aparıcısı Hüsniyyə Məhərrəmovanın ünvanladığı "Dünyaca məşhur hansı ulduzlar üçün geyimlər tikməyi planlaşdırırsınız?" sualına Rüfətin cavabı qarşı tərəfi heyrətləndirib:

"Ariana Qrande və onun rəqqasları üçün geyimlər hazırlayıram. O yaxın ərəfələrdə dörd aylıq dünya turnesinə çıxacaq. Onun üçün geyimlər hazırlayan dizaynerlər arasında "Afffair" brendi, yəni mən də varam. Hansı konsertinə mənim hazırladığım libasları geyinəcəyi ilə bağlı məlumat yoxdur".

Xatırladaq ki, Rüfət dünyaca məşhur müğənnilər Cennifer Lopez, Beyonce kimi ulduzlara libaslar tikib. O, hazırda Azərbaycanın xalq artisti Aygün Kazımovanın da dizayneridir.