“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb


Digərləri 11 Dek 2019 13:22:54 115 0

“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb

10 dekabr 2019-cu il tarixində Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülük Həftəsi” layihəsinin başa çatması ilə əlaqədar tədbir təşkil olunub.

Bakı. 10 dekabr 2019-cu il tarixində Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülük Həftəsi” layihəsinin başa çatması ilə əlaqədar tədbir təşkil olunub. Trend-in məlumatına görə öncə layihə müddətində həyata keçirilmiş tədbirlərə dair videoçarx təqdim olunub. Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 1-9 tarixini əhatə edən “Azərbaycan Könüllülük Həftəsi” layihəsi çərçivəsində həyata keçirilmiş müxtəlif sosial aksiyalar və tədbirlər barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, bu çərçivədə reallaşdırılan “Şəhidimiz”, “VətənimİZ”, “TəbiətimİZ”, “Könüllülük Sərhəd Tanımır !”, Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu, 4 günlük qış düşərgəsi kimi tədbirlər, ümumilikdə 15000-dən çox könüllünü əhatə edib.