Gürcüstan prezidentinin ordu ilə bağlı bəyanatı ölkədə narazılıq yaradıb


Dünya 11 Dek 2019 12:56:15 100 0

Gürcüstan prezidentinin ordu ilə bağlı bəyanatı ölkədə narazılıq yaradıb

Prezident Salome Zurabişvilinin Gürcüstan ordusu ilə bağlı bəyanatı narazılığa səbəb olub.

PrezidentSalome Zurabişvilinin Gürcüstanordusu ilə bağlıbəyanatı narazılığa səbəb olub.

“Report”un yerli bürosu xəbər verir ki, dövlət başçısı ötən gün Gürcüstanın nə ordusunun, nə də silahının olduğunu bildirib.

S.Zurabişvili deyib ki, ölkənin böyük iqtisadi potensialı yoxdur: “Lakin bizim bilik, elm və mədəniyyət adlanan çox güclü silahımız var”.

Gürcüstanın müdafiə naziriİrakli Qaribaşvilidövlət başçısının fikirlərini tamamilə qəbuledilməz adlandırıb: “Gürcüstanın güclü ordusu və qəhrəman əsgərləri var. Müdafiə naziri kimi bildirmək istəyirəm ki, bizim hərbçilər ölkənin qürurlu vətəndaşlarıdırlar və mən Gürcüstan ordusunun güclənməsi üçün hər şeyi edəcəyəm”.

Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili isə vurğulayıbki, ordu ilə bağlı açıqlamalar verərkən xüsusilə ehtiyatlı olmaq lazımdır: “Bizim ordumuz bizim qürurumuzdur. Buna görə də hamını layiqli əsgərlər haqqında danışarkən daha ehtiyatlı olmağa çağırıram. Çünki bu məsələ milli hisslər və duyğularla əlaqəlidir”.