Nazir: "İrihəcmli məlumatlara böyük maraq var"


Digərləri 11 Dek 2019 13:19:00 118 0

Nazir: "İrihəcmli məlumatlara böyük maraq var"

İnformasiya cəmiyyətinin dəqiq dəyərləndirilməsi, çevik idarəetmənin tətbiqi üçün dolğun statistik məlumatlara ehtiyac var.

Son.az Trend-ə istinadən bildirir ki, bunu rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi mövzusunda keçirilən konfransda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, məhz bu məlumatlar əsasında yeni sosial-iqtisadi kurs müəyyən olunur.

R.Quluzadə bildirib ki, rəqəmsallaşdırma erasında statistik informasiyanın idarə olunmasını müasir texnologiyaların dəstəyi olmadan təsəvvür etmək olmaz.