AB Dağlıq Qarabağ münaqişəsini həll edən deyil, lakin müəyyən mexanizmləri var - BMTM


Digərləri 11 Dek 2019 13:18:18 110 0

AB Dağlıq Qarabağ münaqişəsini həll edən deyil, lakin müəyyən mexanizmləri var - BMTM

Avropa Birliyi (AB) Dağlıq Qarabağ münaqişəsini həll edən deyil.

Bakı. Samir Əli - "Avropa Birliyi (AB) Dağlıq Qarabağ münaqişəsini həll edən deyil. Lakin onların problemin həlli ilə bağlı müəyyən mexanizmləri mövcuddur". Trend-in məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, əsas məsələ Aİ-nin, bu birliyə daxil olan dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsidir: "Bildiyiniz kimi, Avropa Komissiyası yenidən formalaşmaqdadır. Lakin son sədr Donald Tusk Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla yanaşı Avropa Komissiyası işğalçı ölkənin qondarma Dağlıq Qarabağda keçiriləcək "seçkiləri", Ermənistanın baş naziri Nikol Paşinyanla avqust ayında səsləndirdiyi bəyanatı pisləyir".