Mehdiabad gənclər şəhərciyində ölümlə nəticələnən qəza baş verib


Digərləri 11 Dek 2019 11:44:36 127 0

Mehdiabad gənclər şəhərciyində ölümlə nəticələnən qəza baş verib

Mehdiabad gənclər şəhərciyində ölümlə nəticələnən qəza baş verib

Bakı. Dekabrın 10-da saat 18 radələrində Binəqədi rayonunun Mehdiabad gənclər şəhərciyinin ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, orada yaşayan A.Məmmədov idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Tamella Fərhadovanı vurmuşdur. Nəticədə xcəstəxanaya yerləşdirilmiş qadın orada ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.