Bakıda motosiklet avtomobillərə çırpılıb,


Digərləri 11 Dek 2019 10:14:00 126 0

Bakıda motosiklet avtomobillərə çırpılıb,

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Hüseynbala Əliyev küçəsilə hərəkətdə olan motosiklet qarşıdan gələn "Dongfeng" markalı avtomobilə, daha sonra "Renault" markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı motosikletin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.