Suriyada döyüşən azərbaycanlılara hökm oxundu


Dünya 11 Dek 2019 11:29:00 129 0

Suriyada döyüşən azərbaycanlılara hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəmsəində Suriyada qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Bilal İsmayılov və Əfqan Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, Əfqan Aslanov və Bilal İsmayılovun hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Türkiyəyə oradan da Suriyaya keçərək silahlı qruplaşmaların tərkibində döyüşüblər.