“Pejo” “Mercedes”ə çırpılıb “VAZ”la toqquşdu:


Dünya 11 Dek 2019 11:04:00 109 0

“Pejo” “Mercedes”ə çırpılıb “VAZ”la toqquşdu:

Rusiyanın Voronej əyalətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən ağır yol qəzasında 5 nəfər həlak olub.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, insident bu gün Moskva - Astraxan avtomagistralının 622-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, sürətlə idarə olunan "Peugeot Boxer" markalı mikroavtobus, sürücünün idaəretməsindən çıxaraq yolun əks zolağına keçib və "Mercedes" markalı iritonnajlı yük maşınına çırpılıb. Zərbənin şiddətindən "Peugeot Boxer" hərəkət edərək "Mercedes"-2110" markalı minik avtomobillə toqquşub.

Nəticədə mikroavtobusda olan 5 nəfər hadisə yerində keçinib. Daha 2 nəfər isə Borisoqlebsk rayonunda yerləşən xəstəxanalara çatdırılıblar.