Somalidə silahlıların hotelə hücumu nəticəsində 5 nəfər ölüb


Dünya 11 Dek 2019 10:33:44 121 0

Somalidə silahlıların hotelə hücumu nəticəsində 5 nəfər ölüb

Terror hücumu zamanı 11 nəfər yaralanıb

Somalinin paytaxtı Moqadişo şəhərində Prezident Sarayının yaxınlığında yerləşən "Hotel SYL" mehmanxanasına "Əş-Şabab" terror təşkilatından bir qrup silahlısı tərəfindən edilən hücum nəticəsində azı 5 nəfər, o cümlədən təhlükəsizlik qüvvələrinin 2əməkdaşı ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis tərəfindən yayılan açıqlamasında deyilir.

"France Presse" agentliyinin məlumatına görə, terror hücumu zamanı 11 nəfəryaralanıb və hücumun qarşısı alınıb.