Rusiya, İran və Türkiyə Nur-Sultanda Suriya üzrə məsləhətləşmələr aparır


Dünya 11 Dek 2019 10:39:33 123 0

Rusiya, İran və Türkiyə Nur-Sultanda Suriya üzrə məsləhətləşmələr aparır

Danışıqların digər iştirakçıları da Suriya ilə bağlı danışıqların ikinci günündə məsləhətləşmələrlə başlayıb

Rusiya, İran və Türkiyə nümayəndələri Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Suriya ilə bağlı yüksək səviyyəli görüşdə üçtərəfli məsləhətləşmələr aparırlar.

"Report" xəbər verir ki, bu barədə TASS-a danışıqların təşkilinə yaxın mənbə məlumat verib.

Danışıqların digər iştirakçıları da Suriya ilə bağlı danışıqların ikinci günündə məsləhətləşmələrlə başlayıblar.

"Türkiyə nümayəndə heyəti bundan əvvəl Suriyanın silahlı müxalifətinin nümayəndələri ilə görüşüb. Söhbət Suriyanın şimal-şərqindəki, eləcə də İdlibdəki deeskalasiya zonasındakı vəziyyətdən gedir", - mənbəbildirib.

Qeyd edək ki, dekabrın 10-11-də Nur-Sultanda Suriya ilə bağlı yüksək səviyyəli görüş keçirilir.