Bakıdakı bayram yarmarkalarında QİYMƏTLƏR (FOTO)


Digərləri 11 Dek 2019 10:00:00 114 0

Bakıdakı bayram yarmarkalarında QİYMƏTLƏR (FOTO)

Yarmarka bir həftəyə yaxındır ki, fəaliyyətə başlayıb

Bakı. Ceyhun Ələkbərov - Yeni ilin yaxınlaşması ilə bağlı artıq paytaxt Bakıda bayram ab-havası hiss olunur. Mərkəzdə ağaclar bəzədilir, mağazalarda oyuncaqlar satılır və ən əsası da metro çıxışlarında Yeni il yarmarkaları fəaliyyətə başlayıb. Trend-in əməkdaşı həmin yarmarkalarda satılan yeni il atributlarının qiymətləri və alıcı qüvvəsi ilə maraqlanıb. Əksər malların Çindən gəldiyini söyləyən sahibkar bildirib ki, yarmarka bir həftəyə yaxındır fəaliyyətə başlayıb, alıcıların sayı çoxalıb. Satıcının sözlərinə görə, Yeni il atributlarından olan yolkanın qiyməti hündürlüyünə görə dəyişir. Normalda ən qısası (60 sm) 6 manat, ən hündürü isə (2.40 sm) 100 manatdır. Sahibkar qeyd edib ki, gələn il siçan ili olduğuna görə yumşaq oyuncaqlar arasında daha çox bu heyvanı almağa üstünlük verilir. Qiymətlər isə 3-25 manat arası dəyişir. Ən bahalı hədiyyələr isə Yeni il suvenirləridir. Onların da qiyməti müxtəlifdir, ən ucuzu 30 manatdan başlayır. Bundan başqa, bayram yolkalarının bəzədilməsində istifadə edilən aksessuarların qiymətləri görünüşündən, ölçüsündən və keyfiyyətindən asılı olaraq dəyişir. Nisbətən sadə görünüşlü, kiçik bir bəzək əşyasını 1-1.50 manata almaq mümkündür. Hədiyyələr arasında Qar qızı və Santa Klaus geyimləri də var. Böyüklər üçün olan geyimlərin qiyməti 8-15, uşaqlar üçün isə 3-10 manatdır.