Bakıda dəhşətli qəzada ölən tələbənin


Digərləri 11 Dek 2019 09:29:00 119 0

Bakıda dəhşətli qəzada ölən tələbənin

Gecə saatlarında "KaMAZ" markalı yük maşınının vuraraq öldürdüyü tələbələrdən birinin məktubu tapılıb. 

Son.az xəbər verir ki, oxu.az-ın ərazidə olan əməkdaşının aşkarladığı dəftərdə hadisə zamanı həyatını itirən tələbənin sevdiyi şəxsə yazdığı qısa məktub diqqət çəkib. 

Görünür, o, ölməzdən əvvəl sevdiyi şəxsə məktub yazıb. Məktubda deyilir:

"Düşün, xəyalı özündən gözəl qoxan bir qadın, çatlamış dodaqların qırmızı və şirin dadı. Hər səsdə eşidir adını qulağım. İşimin adı sənsən, bir də siqaret hərdən başımı qatır. Sən gedəndən hər gün öldüm. Həbs oldum gözlərinə, nə bir işıq, nə bir gün gördüm. Yanımda olmadan necə sol yanımda öldün sən? Öldürdün xəyalları, sən də xəyallarımda öldün sən olmayan gecələr..."

Qeyd edək ki, ötən gün axşam satlarında Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Daş bazarı" adlanan ərazidə hərəkətdə olan "KaMAZ" markalı yük maşını yolu keçmək istəyən qız və oğlanı vurub. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.