Ağsuda 5 otaqlı ev yanıb


Digərləri 11 Dek 2019 08:49:47 106 0

Ağsuda 5 otaqlı ev yanıb

Ağsu rayonunda ümumi sahəsi 112 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 50 m² sahədə və 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb

Bakı. Ağsu rayonunda ümumi sahəsi 112 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 50 m² sahədə və 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Evin qalan hissəsi, bitişik köməkçi tikili və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.