Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur - Maraqlı statistika


Digərləri 11 Dek 2019 09:00:00 115 0

Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur - Maraqlı statistika

Azərbaycanda əhalinin yalnız 20,7 faizi idmanla məşğul olur.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda əhalinin yalnız 20,7 faizi idmanla məşğul olur. Trend-in məlumatına görə, 2018-ci ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, ölkədə 15-19 yaşlı əhalinin 41,4 faizi, 20-44 yaşlı əhalinin 27,6 faizi, 45-64 yaşlı əhalinin 11,9 faizi idman edir. İdmanla məşğul olan kişilərin sayı qadınlara nisbətən daha çoxdur. Azərbaycanın kişi əhalisinin 30,8 faizi idmanla məşğul olur. Ölkədə 15-19 yaşlı kişilərin 52,7 faizi , 20-44 yaşlı kişilərin 40,6 faizi, 45-64 yaşlı kişilərin 17,5 faizi, yaşı 65-dən çox olan kişilərin 8,9 faizi idmanla məşğuldur. Qadınlara gəldikdə isə, onların yalnız 11,4 faizi idmanla məşğul olur.