Vaşinqtonda Tramp və Lavrov arasında görüş baş tutub


Dünya 11 Dek 2019 08:12:00 123 0

Vaşinqtonda Tramp və Lavrov arasında görüş baş tutub

Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Rusiya XİN rəhbəri ABŞ prezidenti ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırmayıb.

Bildirilir ki, S.Lavrov Ağ Evdən yerli vaxtla təxminən saat 15:20-də çıxıb. Beləliklə görüş təxminən 45-50 dəqiqə davam edib.