Sərnişin təyyarəsi təcili eniş edib


Dünya 11 Dek 2019 08:19:00 142 0

Sərnişin təyyarəsi təcili eniş edib

Rusiyanın Ufa şəhərində "Krasavia" şirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, göyərtəsində 73 sərnişin olan təyyarə mühərrikində nasazlıq yaranması səbəbindən eniş etməli olub.

Bildirilir ki, "Yak-42" təyyarəsi Ufadan Nijnevartovska uçurmuş. Lakin mühərrikdə nasazlıq yarandıqdan sonra təyyarə geri qayıtmaq məcburiyyətində qalıb.