Siçan ilində bizi nə gözləyir? Şərq təqviminə görə ASTROLOJİ PROQNOZ


Digərləri 11 Dek 2019 07:41:00 177 0

Siçan ilində bizi nə gözləyir?  Şərq təqviminə görə ASTROLOJİ PROQNOZ

Astroloqların sözlərinə görə, 2020-ci ilin astroloji proqnozu problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Bəs 2020-ci ilin özünəməxsusluğu nədir?

Münəccimlərin fikrincə, Siçan ili asan olmayacaq, bütün zodiak işarələrini həyatın bir çox sahəsində bir çox dəyişiklik gözləyəcək. 2020-ci ilin iş, səyahət və övlad sahibi olmaq üçün düşərli il olduğuna inanılır. Ancaq bunun üçün çox səy göstərməlisiniz. Gələn il toy üçün olduqca uğurludur, amma hər şeyi diqqətlə düşünmək məcburiyyətində qalacaqsınız. Evlənməyə tələsməyin. Bir-birinizi daha yaxşı tanımağa, bir-birinizə öyrəşməyə çalışın.

Son.az oxucuları astroloqların hazırladığı illərə görə astroloji proqnozla tanış edir.

2020-ci ildə istisna ediləcək ilk şey bahalı alış-verişdir. İş yerində qarşıdurma, problemlər, habelə məhsuldarlığın azalması mümkündür. 2020-ci ildə danışıqlar pozula, zəhlətökən kiçik səhvlərə yol verilə bilər ki, bu da səy, əsəb və pul bahasına başa gələcək.

Siçan

Siçan Zodiak işarəsinin ilk nişanıdır. Bu heyvanın ilində anadan olanların həyat yoluna çoxlu şanslar çıxacaq, ancaq bu dəfə çox dinamik ola bilər. Tez-tez yorğunluq, laqeydlik və tükənmə hiss etmək ehtimalı var. Əgər risk etməsəniz və kükrəməsəniz, il əlverişli olacaq. Astroloqlar vacib detalları əldən verməməyi məsləhət görürlər.

Öküz

Öküz ilində çox macəraçı və iddialı insanlar doğulur. Bu o deməkdir ki, 2020-ci il maliyyə sarıdan artım gətirəcək və bir çox yeni imkanlar təqdim edəcək. Yalnız işlərin necə getdiyini izləmək lazımdır. Məqsədlərinizə çatmaq üçün güc tətbiq etməyin. Bir az hiylə və daha çox motivasiya kifayətdir. Həmişə kimə güvənib, kimə güvənməyəcəyinizi bilməsiniz.

Pələng

Pələnglər sevgidə və işdə hədəfə çatmaq üçün bütün bacarıq və qüvvələrini istifadə etməli olduqları vaxta ayaq basacaq. 2020 onlar üçün inkişaf edə biləcəyi uğurlu bir il olacaq. Təəssüf ki, bu işarənin nümayəndələrinin qarşısına mənfi enerji yayan çox sayda bədxahların çıxacağı proznozlaşdırılır. Həmçinin bir çox hallarda yalnız özünə güvənməyə və kənardan kömək ummamağa dəyər.

Dovşan

Siçan ili sizin üçün o qədər də uğurlu deyil. Çox aktivsiniz, bu da o deməkdir ki, bütün enerjini dərhal xərcləyirsiniz. Siçan ilində bu enerjinin iki dəfə daha sürətli xərcləndiyini nəzərə alsaq, bu işarənin nümayəndələri planlarının sadəcə yarısını həyata keçirməyə imkan tapacaq.

Əjdaha

Əjdaha ilində anadan olanlara xüsusilə metal elementinin hakim olduğu Siçan ilinin mahiyyət və fəlsəfəsini anlamaq çox çətin olacaq. 2020-ci il bu işarənin nümayəndələri üçün anlaşılmaz olacaq. Həyatınızı korlayacaq bir çox izaholunmaz qarışıqlıq baş verə bilər. Əjdahalar mənfi enerji ilə daim mübarizə aparmalı olacaq, odur ki, mümkün qədər optimistlərlə ünsiyyət qurmağa çalışın. Belə bir zamanda özünə inamı itirmək yolverilməz bir lüksdür. Mütəxəssislər keçmişi mümkün qədər az xatırlamağı məsləhət görürlər: bu dəfə sualların cavabı olmayacaq.

İlan