Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi


Digərləri 11 Dek 2019 07:14:00 127 0

Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi

ABŞ-da Arizona Universitetinin alimləri Yer üçün potensial təhlükəli "Bennu" asteroidinin sirli fəaliyyətinin səbəbini tapıblar.

Son.az xəbər verir ki, bu barədə Phys.org-da dərc olunan press-relizdə bildirilir.

"OSIRIS-Rex" layihəsinin mütəxəssisləri asteroidin cənub yarımkürəsində və ekvatorunda müxtəlif yerlərdə 3 nəhəng hissəciklərin tullantısını müşahidə ediblər.

Püskürmədən sonra hissəciklər ya səma cisminin ətrafında dövr edirdilər və yenidən səthə düşürdülər, ya da kosmosa uçurdular. Onların sürəti saniyədə üç metrə, ölçüsü isə 10 santimetrə çatır.

Bununla bağlı bir neçə ehtimal irəli sürülüb: meteoritlərin zərbələri, termik dağılma və su parının çıxması.