Təhlükəsiz istirahət vəd edən Afrika ölkələri


Digərləri 11 Dek 2019 07:07:00 146 0

Təhlükəsiz istirahət vəd edən Afrika ölkələri

Afrika narahat və hətta təhlükəli qitə reputasiyası qazanıb və bu fikir də əsassız deyil. Lakin qitədə qayğısız istirahət etməyi və sivilizasiyadan əvvəlki bakirə təbiəti görməyi vəd edən dinc ölkələr də var.

Son.az AZƏRTAC-a istinadən beynəlxalq təhlükəsizlik reytinqi əsasında qaradərili Afrikanın ən təhlükəsiz ölkələrini təqdim edir.

Botsvana

Təhlükəsizlik reytinqində 41-ci yeri tutur. Materikin cənubunda yerləşən bu ölkə yalnız varlı turistlərin cibinə görədir. Bura, ilk növbədə, bənzərsiz təbiət parklarını görmək üçün gəlirlər. Kalaxari səhrası, buşmenlər adlanan qədim xalqın yaşadığı kəndlər, Okavanqo çayının deltası, Tsodila qayalı təpəlikləri, fillərin paytaxtı - Çobe parkı: bütün bunlar uzunmüddətli səyahətə dəyər.

Yerli əhali turistlərə mehriban münasibət bəsləyir. Amma turistlər yerli əhali ilə adətən ölkənin paytaxtı Qaborone şəhərində qarşılaşır. Qoruqlarda insanlar yaşamır.

Zambiya

Botsvanın qonşusu olan Zambiya təhlükəsizlik reytinqində ikinci yeri tutur. Bu ölkə Zamvezi çayında böyük soma-vundu tutmaq istəyən balıqçıların sevimli məkanıdır. Turistlərin çoxu aborigenlərin "Guruldayan tüstü" adlandırdıqları Viktoriya şəlaləsini, gözəllər gözəli Kariba gölünü, Kafue, Louer Zambezi təbiət parklarını görməyə tələsir. Zambiyaya vizanı konsulluqda və ya sərhəddə almaq olar. Paytaxt Lusakaya Amsterdamdan getmək daha rahatdır. Botsvanadan fərqli olaraq, burada otellərin keyfiyyəti aşağıdır, lakin səyyahlar bura xidmətin səviyyəsinə görə deyil, unudulmaz təəssüratlar üçün gəlirlər.