Bəzi Türkiyə vətəndaşları gələn ildən Avropaya səyahət edərkən xüsusi "icazə" alacaqlar


Dünya 11 Dek 2019 06:30:00 113 0

Bəzi Türkiyə vətəndaşları gələn ildən Avropaya səyahət edərkən xüsusi "icazə" alacaqlar

Xidməti və xüsusi pasport sahibi olan Türkiyə vətəndaşları 2020-ci ildən etibarən Avropa İttifaqına üzv ölkələrə səyahət edərkən xüsusi "icazə" alacaqlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həmin "icazə"nin alınması şərtləri Şengen vizasına görə daha asandır. Belə ki, viza alınmasında lazımi sənədlər xidməti və xüsusi pasport sahiblərindən tələb olunmayacaq. Onlar xüsusi sistemdən qeydiyyatdan keçərək Avropaya səyahət edə biləcəklər.

Xüsusi "icazə"nin etibarlılıq müddəti 3 ildir.