Lavrov: Tramp Rusiyaya səfər təklifini nəzərdən keçirir


Dünya 11 Dek 2019 02:27:55 142 0

Lavrov: Tramp Rusiyaya səfər təklifini nəzərdən keçirir

​Lavrov: Tramp Rusiyaya səfər təklifini nəzərdən keçirir

ABŞ prezidenti Donald Tramp faşizm üzərində qələbənin 75 illiyi münasibətilə gələn ilinmayında keçiriləcək tədbirdə iştirak etmək üçün Rusiya Federasiyasına səfər təklifini nəzərdən keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Qeyd edək ki, Vaşinqtonda səfərdə olan Rusiya xarici siyasət idarəsinin rəhbəri ABŞ prezidenti, habelə Birləşmiş Ştatların dövlət katibi ilə görüşüb.