ABŞ-da baş verən atışmada azı 6 nəfər öldürülüb, yaralananlar var - VİDEO - FOTO - YENİLƏNİB-2


Dünya 11 Dek 2019 02:00:00 119 0

ABŞ-da baş verən atışmada azı 6 nəfər öldürülüb, yaralananlar var - VİDEO - FOTO - YENİLƏNİB-2

​ABŞ-da baş vermiş atışmada polis əməkdaşı öldürülüb, digəri yaralanıb

ABŞ-ın Nyu-Cersi ştatının Cersi-Siti şəhərində baş vermiş atışmada 6 nəfəröldürülüb.

"Report" xəbər verir ki, bu barədəNBC teleşirkəti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin teleşirkətə verdiyi xəbərə görə, ölənlərdən biri polis əməkdaşıdır. Öldürülən digərləri isəsilahlı şəxsin barrikada qurduğu mağazada həlak olublar. Məlumata görə, polis əməkdaşları silahlılardan azı 2-ini zərərsizləşdirib.

CNN də öz növbəsində bildirib ki, hadisəni törədən şəxslərdən biri zərərsizləşdirilib. Lakin onun öldürüldüyü və ya yaralandığı dəqiqləşdirilmir. Qeyd edilir ki, atışma zamanı bir neçə nəfər yaralanıb.

***01:12

ABŞ-ın Nyu-Cersi ştatının Cersi-Siti şəhərində baş vermiş atışmada 1 polis əməkdaşı öldürülüb.

Bu barədə “Report”“The New York Times”a istinadən xəbər verir.

Bildirilir ki, iki naməlum şəxsin açdığı atəş nəticəsində daha 2 polis əməkdaşı və ətrafdan keçən 1 nəfər yaralanıblar.

NBC xəbər veribki, silahlılardan birinin gizləndiyi mağazada da ölən var.

CNN teleşirkəti isə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinad edərək, hadisəni törədən şəxslərdən birinin zərərsizləşdirildiyini xəbər verib. Lakin teleşirkət həmin silahlının öldürüldüyünü və ya zərərsizləşdirildiyini açıqlamayıb.

"Breaking911"in məlumatına görə, atışma zamanı 6 nəfər həlak olub. "FNR FRUM News Report" isə bildirib ki, silahlı hücumun qurbanı 7 nəfər olub.

Qeyd edilir ki, silahlılardan birinin gizləndiyi kiçik mağazaya videokamera və mikrofonla təchiz edilmiş robot göndərilib. Hadisə yerinə həmçinin Nyu-Yorkdan partlayıcı texnika üzrə komanda üzvləri gətirilib, əraziyə helikopter cəlb edilib.

***23:27

ABŞ-da atışma olub.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Cersi-siti şəhərində baş verib. Belə ki, qəbristanlıqda iki naməlum şəxs polis əməkdaşlarına atəş açıb. Nəticədə 1 polis əməkdaşı həlak olub, daha 1 asayiş keşikçisi yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, silahlı şəxslər hadisə yerindən qaçıblar. Onlardan biri mağazada barrikada quraraq atəşi davam etdirib.

Əraziyə fövqəladə orqanların əməkdaşları cəlb edilib.