ABŞ-da atışma olub, ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO


Dünya 11 Dek 2019 01:12:00 134 0

ABŞ-da atışma olub, ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO

​ABŞ-da baş vermiş atışmada polis əməkdaşı öldürülüb, digəri yaralanıb

ABŞ-ın Nyu-Cersi ştatının Cersi-Siti şəhərində baş vermiş atışmada 1 polis əməkdaşı öldürülüb.

Bu barədə “Report”“The New York Times”a istinadən xəbər verir.

Bildirilir ki, iki naməlum şəxsin açdığı atəş nəticəsində daha 2 polis əməkdaşı və ətrafdan keçən 1 nəfər yaralanıblar.

NBC xəbər veribki, silahlılardan birinin gizləndiyi mağazada da ölən var.

CNN teleşirkəti isə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinad edərək, hadisəni törədən şəxslərdən birinin zərərsizləşdirildiyini xəbər verib. Lakin teleşirkət həmin silahlının öldürüldüyünü və ya zərərsizləşdirildiyini açıqlamayıb.

Qeyd edilir ki, silahlılardan birinin gizləndiyi kiçik mağazaya videokamera və mikrofonla təchiz edilmiş robot göndərilib. Hadisə yerinə həmçinin Nyu-Yorkdan partlayıcı texnika üzrə komanda üzvləri gətirilib, əraziyə helikopter cəlb edilib.

***23:27

ABŞ-da atışma olub.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Cersi-siti şəhərində baş verib. Belə ki, qəbristanlıqda iki naməlum şəxs polis əməkdaşlarına atəş açıb. Nəticədə 1 polis əməkdaşı həlak olub, daha 1 asayiş keşikçisi yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, silahlı şəxslər hadisə yerindən qaçıblar. Onlardan biri mağazada barrikada quraraq atəşi davam etdirib.

Əraziyə fövqəladə orqanların əməkdaşları cəlb edilib.