Çempionlar Liqası: "Liverpul" və "Napoli" 1/8 finalda


Digərləri 11 Dek 2019 00:14:00 154 0

Çempionlar Liqası: "Liverpul" və "Napoli" 1/8 finalda

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "E" qrupunun son oyunları keçirilib

Bakı. Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "E" qrupunun son oyunları keçirilib. Trend-in məlumatına görə, İngiltərənin "Liverpul" klubu Avstriyanın "Zalsburq" klubunun qonağı olub. Oyun qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun son oyunundan sonra "Liverpul" qrupda 13 xalla birinci yerdə qərarlaşaraq 1/8 finala vəsiqə qazanıb. "Zalsburq" klubu isə 7 xalla qrupda 3-cü yerdə qərarlaşıb və UEFA Avropa Liqasının 1/16 finalına yollanıb.