Cümə xütbəsinin məzmunu və miqdarı barədə vacib tələbat nədir?


Digərləri 10 Dek 2019 23:40:00 151 0

Cümə xütbəsinin məzmunu və miqdarı barədə vacib tələbat nədir?

Cümə xütbəsi cümə namazından əvvəl oxunur və iki hissədən ibarətdir. Birinci xütbədə Allaha həmd-səna deyilir, təqvalı olmaq, günahlardan qorunmaq tövsiyə olunur və Qurandan qısa bir surə oxunur. İkinci xütbədə də Allaha həmd-səna edilir, Peyğəmbərə (s) və məsum imamlara (ə) salavat göndərilir, möminlərin günahlarının bağışlanması üçün dua edilir. Bunlar xütbələrin vacib hissələridir və bunlarsız xütbə düzgün sayılmaz.

Son.az islam.az-a istinadən bildirir ki, həmd-səna ilə salavatı ehtiyata əsasən, ərəb dilində söyləmək lazımdır. Amma xütbənin qalan hissələrinin ərəb dilində olması şərt deyil. Xütbəni dinləyənlərin əksəriyyəti ərəb dilini bilmirsə, ehtiyata görə, təqvaya riayət etmək barədə tövsiyə də onların dilində deyilməlidir. Xütbələri həddən artıq uzatmaq məsləhət deyil. Çünki cümə namazının bəlli qılınma vaxtı vardır və namazı bu vaxtın xaricinə çıxarmaq olmaz.