Tesla maşınların şüşə səthlərini lazer şüalarıyla təmizləyəcək


Digərləri 10 Dek 2019 23:20:00 120 0

Tesla maşınların şüşə səthlərini lazer şüalarıyla təmizləyəcək

Elektrikli avtomobil sənayesinə liderlik edən Tesla, avtopilot kimi inkişaf etmiş sürücü dəstək sistemləri üçün istifadə edilən kameralar da daxil olmaqla, maşının şüşə səthlərini təmizləmək üçün lazer istifadə edən bir sistemə patent almaq üçün müraciəti etdi.

Milyarder təşəbbüskar Elon Maskın rəhbərliyi ilə yoluna davam edən elektrikli avtomobil istehsalçısı Tesla, bir tərəfdən Cybertruck kimi futuristik vasitələrini tanıdarkən, bir tərəfdən də gələcəkdəki avtomobillərini mükəmməlləşdirmək üçün yeni texnologiyalar üzərində işləyir.

Son.az deyerler.org-a istinadən bildirir ki, ABŞ şirkəti, lazer şüaları istifadə edərək avtomobilin şüşə səthlərini təmizləyə bilən bir texnologiya üçün ABŞ Patent və Marka Agentliyinə patent almaq məqsədilə müraciəti etdi. Avtomatik pilot kimi inkişaf etmiş sürücü köməyi xüsusiyyətləri üçün istifadə edilən kameraların görüş bucağına təsir edən çirk və digər qalıqları təmizləməsi nəzərdə tutulur. Tesla ayrıca lazerlərin, günəş panellərinin səthlərini təmizləmək üçün də istifadə edilə biləcəyini ifadə edir.

Tesla şirkətinin etdiyi patent müraciətinə görə söz mövzusu texnologiya, ön, arxa, yan şüşələri və kamera lupalarındakı çirklilik səviyyəsini müəyyən etmək üçün kamera istifadə edir. Daha sonra bir lazer, şüşə və lupalardakı çirki şüa üsuluyla təmizləyir.